Avropanın hərəkətləri ciddi etiraz dalğasına gətirib çıxara bilər

Avropanın hərəkətləri ciddi etiraz dalğasına gətirib çıxara bilər

"Avropanın iqtisadi tənəzzüldən sonra reallaşdırdığı müstəmləkəçilik siyasətini, Liviyadakı hadisələrdən sonra proqnozlaşdırmaq mümkün idi". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli Avropanın bölgədə həyata keçirdiyi müstəmləkəçilik siyasətinə şərh verərkən deyib.

Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavininin sözlərinə görə, Liviya zəngin təbii ehtiyyatlara malik bir dövlət idi. Adıçəkilən bu dövlətin keçmiş lideri Müəmmar Qəddafi devrildikdən sonra Liviya iqtisadiyyatında onun hakimiyyətdən getməsində xüsusi rol oynayan qüvvələrin xüsusi rolu olub: "Bu bir faktdır ki, dünya ölkələri və eləcə də Avropanın güclü dövlətləri maliyyə iqtisadi böhranından hələ də özlərinə gələ bilməyiblər. Belə olan vəziyyətdə isə onlar bundan çıxış yollarını axtarakən yeni müstəmləkəçilik siyasətinə meyl edirlər. Bunu həyata keçirmək üçün isə bəhanə tapmaq elə də çətin deyil".

Politoloq hesab edir ki, bu cür yanaşma dünyada ciddi etiraz dalğasına və anti-qlobalizm hərəkatlarının gemişlənməsinə gətirib çıxara bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə