Hikmət Babaoğlu: “Davos formunun Bakıda keçirilməsi iqtisadi siyasətimizin təntənəsidir”
Azərbaycan iqtisadi artıma görə, öndə gedən ölkələrdən biridir. Belə olan halda Davos İqtisadi Forumunun Bakıda keçirilməsinin planlaşdırılması Azərbaycanın inkişaf edən iqtisadi qüdrətinə olan münasibətin nəticəsidir. Bunu SİA-ya açıqlamasında politoloq Hikmət Babaoğlu İqtisadi Forumunun Bakıda keçirilməsinin əhəmiyyətinə dair məsələni şərh edərkən deyib.
Onun sözlərinə görə, bu Forumun Azərbaycanda keçirilməsi onun dünyada əhəmiyyətliliyini artırır: "Davos İqtisadi Forumu bir növ dünyada baş verən iqtisadi inteqrasiya və tendensiyaların müzakirə olunduğu və iqtisadi platformada əməkdaşlığın gələcək prespektivlərinin müəyyənləşdirildiyi iqtisadi platformadır. Forumun keçirilməsinə qərar verilməsi Azərbaycanda iqtisadi proseslər və iqtisadi inkişaf tendensiyalarının neft və digər karbohidrogen ehtiyyatları üzərində qurulmadığını dünyaya sübut edir. Azərbaycanda real əsaslar və şaxələnmiş iqtisadi institutlar formalaşdırılmaqdadır. Hesab edirəm ki, Azərbaycan dünya iqtisadiyyatının diqqətini cəlb etməklə növbəti iqtisadi forumun Bakıda keçirilməsinə razılıq əldə edə bilib. Bu Azərbaycan iqtisadi siyasətinin təntənəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB