İsa Qəmbərov Lənkəranda yenidən təxribat törətmək istəyir - ( köşə)
İsa Qəmbərov yanvar ayının 27- də Lənkərana yenidən səfər edəcək. Əslində bunlar evə gedəndə də deyirlər ki, "səfərə gedirəm." Ancaq məsələ tək bu deyil, belə ki, Müsavat.com saytı da elan verib ki, istənilən jurnalist İ. Qəmbərovun Lənkəranda keçirəcəyi görüşdə iştirak edə bilər. Şübhəsiz ki, bu onun təxribatçı addımını pərdələmək məqsədi daşıyır. Yəqin hər kəsin yadında olar ki, İ. Qəmbərov Lənkərana birinci dəfə gedib-gələndən sonra bəyanat verdi ki, məni Lənkərana oranın ziyalıları dəvət etmişdi. Lakin onun bu bəyanatı tezliklə sabun köpüyü kimi üfürülüb yoxa çıxdı. Belə ki, bir neçə nəfər onları İ. Qəmbərovun öyrətdiyini bildirdi.
Bu gün isə, Lənkəran ziyalıları - Rzayeva Siddiqə, Kələntərli Kamal, Əliyev Ələkbər, Məmmədov Sərhad, Əliyev Təvəkkül, Talışlı Mirhaşım, Canıyev Fəxrəddin, Böyükxanım Əliyeva, Bağırov Fərəməz, Əhədov Etibar və İltifat Saleh və başqaları bəyanat verərək İ. Qəmbərovun yanvarın 27-də Lənkərana gəlməsinə etiraz ediblər. Onlar bildiriblər ki, "lənkəranlı ziyalıların İsa Qəmbərovu görüşə dəvət etdiyi barədə yayılan informasiyalar əsassızdır". Lənkəran ziyalılarının bəyanatında o da qeyd olunur ki, Lənkəranı yenidən Azərbaycanın alınmaz qalasına çevirib burada sabitlik, əmin-amanlıq və milli həmrəylik şəraiti qurublar. Biz bir daha Lənkəranda sabitliyin pozulmasına imkan verməyəcəyik.
Ancaq bütün bunlarla yanaşı İ. Qəmbərov Lənkərana getməkdə israrlıdır. O Lənkərana birinci dəfə səfər edəndə öyrətdiyi adamlar ona hücum etdilər və o da bundan özünə xal qazanmaq istədi. Bu gün isə Lənkərana yenidən səfər etmək istəməsi ilə guya sübut etmək istəyir ki, hakimiyyətin təzyiqlərinə baxmayaraq mən yenə də Lənkərana gəldim. Təbii ki, İ. Qəmbərovun Lənkərana gedişi də təsadüfi deyil. Ömrü boyu yersiz prinsiplərlə yaşayan İ. Qəmbərov yenə də göstərir ki, o heç vaxt dəyişməyib və şəxsi ambisiyaları naminə bütün milləti məhvə sürükləyər. Necə ki, vaxtilə bunu etdilər.
İ. Qəmbərovun yanvarın 27-də Lənkəaran səfəri ilə bağlı da maraqlı informasiyalar dolaşır. İnformasiyada deyilir ki, İsa "bəy" Lənkarana səfər edəcək, ancaq Bakıda hansısa təxribatın törədilməsi haqqında öz əlaltılarına göstəriş verib. Yəni o Lənkəranda olanda hansısa şəxslər Müsavatın qərargahına hücum etməlidirlər. Əslində mən bu informasiyanın doğruluğuna inanıram, olacaq olmayacaq daha o mənlik deyil. Lakin özünü bütün bəşəriyyətin "fövqündə" görən İsa "bəy" haqqında indiyə qədər nə informasiya sızıbsa hamısı da reallaşıb. Çünki ciddi biri deyil, heç vaxt ağıllı-başlı partiya sədrinin planları beş dəqiqədən sonra ifşa olunmaz.
Bəs İsa Qəmbərov Lənkərana niyə getməməlidir? Əslində sualı belə qoymaq da düzgün deyil, çünki o da Azərbaycan vətəndaşı vəsiqəsini daşıyır ( özü belə olmasa ds ). Lakin məsələ ondadır ki, insanların hissiyatı ilə oynayıb onları təxribata çəkəsən. Əvvəla, bu adam Lənkərana bir dəfə getdi, pis yaxşı, hər nə yolla olsa da cavabını aldı. İkincisi, artıq Lənkəran ziyalıları da müraciət etdilər ki, bura gəlməsin, onu burda alqışlayan kimsə yoxdur. Üçüncüsü, Müsavatın Lənkəranda 10-15 nəfər üzvü var. Hansı normal baş sahibi prinsip aparıb 10 nəfərlə müşavirə keçirər!? Həmçinin bu insan bir dəfə də olsun məqsədini açıqlamır ki, Lənkərana nə üçün və nədən ötrü gedir? Deyir ki, Müsavatın Lənkəran şöbəsinin 20 illiyini keçirir.
P.S. Yeri gəlmişkən, İsa Qəmbərovun Lənkəran səfərində iştirak etməyin də öz ləzzəti olar. 12 nəfərin iştirakı ilə keçirilən "müşaviə"nin, əsl ziyalıların tənəli baxışları altında maşında "dövlət rəhbərləri" kimi əyləşən İsa "bəy"in ümidsizlikdən bərq vuran simasına baxmaq gözəl olar. Odur ki, bəlkə gəldik....
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə