Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü baş tutmaya bilər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Nalbandyan bu qərarını İrəvanda ötən ilin yekunlarına dair keçirilən toplantıda deyib. Onun sözlərinə görə, həmsədrlərlə görüşdən sonra zərurət yaranarsa, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yanvarın 28-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyini təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB