Hesab edirəm ki, bu forum Azərbaycanda siyasi sabitliyin, dinamik iqtisadi inkişafın mədəniyyətlərarası dialoqun göstərilməsi və s. baxımından çox unikal imkanlara malikdir. Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli Davos İqtisadi Forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.
Politoloqun sözlərinə görə, bu forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq mövqelərini tək iqtisadiyyat sahəsində deyil, həm də siyasi sahədə artıracaq: "Məlumdur ki, Davos Dünya İqtisadi Forumu çox böyük nüfuza malikdir. Bu forum dünya iqtisadiyyatına qiymət verilməsi, mövcud problemlər və onun həlli yollarının axtarılıb tapılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən də Azərbaycan respublikası dinamik iqtisadi inkişaf tempinə görə, Dünya İqtisadi Forumunda hər zaman diqqət mərkəzində olub. Cənab prezident hər dəfə ölkəmizin iqtisadi potensialı, eləcə də dövlətimizin Avropa və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barəsində mütəmadi çıxışlar edib. Bu forum heç şübhəsiz ki, Azərbaycana xarici investisiyanın daha çox daxil olmasına əlverişli şərait yaradacaq".
E.Nəsirli bildirib ki, Azərbaycan xeyli müddətdir ki, regional lider olaraq ən böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib: "Buna misal olaraq ötən ilin may ayında Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsini və 2015-ci ildə ölkəmizdə keçiriləcək I Avropa Yay Olimpiya oyunlarını göstərə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB