"Azərbaycan hər zaman diasporun işinə xüsusi diqqət yetirib" YENİLƏNİB- FOTO

"Azərbaycan hər zaman diasporun işinə xüsusi diqqət yetirib" YENİLƏNİB- FOTO

Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdаşlıq Şurаsınа üzv dövlətlərin diаspоr məsələlərinə cаvаbdеh dövlət qurumlаrının rəhbərlərinin görüşü davam edir. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Azərbaycan hər zaman diasporun işinə xüsusi diqqət yetirib.

Onun sözlərinə görə, müstəqillik qazanıldıqdan sonra bu diqqət xüsusilə artırılıb: "Bu dövr ərzində Azərbaycanda dünyada yaşayan azərbaycanlıların birgə yaşaması və onların Azərbaycanın işində yaxından iştirak etməsi üçün layihələr həyata keçirilib və keçirilir. Bu gün keçirilən tədbirin də əsas məqsədi türkdilli ölkələrin diaspor qurumları arasında əməkdaşlığı gücləndirmək, problemləri və bu problemlərin həlli yollarını müzakirə etməkdir".

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı bu cür tədbirin keçirilməsinin çox təqdirəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, türkdilli dövlətlərin diasporları arasında davamlı görüş yerləri müəyyənləşdiriləcək, bu görüşlərdə türk dünyasının diasporunun qarşılaşdığı problemlər müzakirə edilərək dövlət rəsmilərinə təqdim olunacaq. Bu gün həmçinin türkdilli ölkələrin diaspor rəhbərlərinin birgə fəaliyyət strategiyası təyin ediləcək.

Tədbirdə həmçinin Ümumdünya Qazaxlar Assosiasiyası İdarə Heyətinin sədr müavini Talqat Mamaşev, Qırğızıstan Xarici İşlər Nazirliyinin məşğulluq və miqrasiya məsələləri departamentinin direktorun Keştakbek Aytımatov, Türkiyə hökuməti yanında Xaricdə yaşayan türklər və əqrəba icmaları departamentinin rəhbəri Kemal Yurtnaç çıxış edərək öz ölkələrinin diaspor məsələləri barədə məlumat veriblər.

TürkPA-nın baş katibi Ramil Həsənov türkdilli ölkələrin diasporlarının birgə iş qurmasının başlanğıcı işində uğurlar arzulayıb.

Qeyd edək ki, tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin türkdilli ölkələrin diaspor təşkilatlarının rəhbərləri Fəxri xiyabanı ziyarət xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Bununla yanaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.

Sonra Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. Bununla yanaşı, Şəhidlər Xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə də əklil qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə