Davos Forumunun Azərbaycanda keçirilməsinin əsas səbəbi odur ki, artıq xarici dövlətlər ölkəmizdə həyata keçirilən siyasəti, inkişafı qəbul edir və dövlətimizə dəstək olur. Bunu SİA-ya deputat Asəf Hacıyev Davos Forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.
Millət vəkilinin sözlərinə görə, cənab prezident İlham Əliyev hər il Davos Forumunda özü şəxsən iştirak edir: "Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bir daha vurğuladı ki, 2012-ci il ölkəmizdə İKT ili élan olunub. Həmçinin ölkə başçısı digər çıxışlarında da dəfələrlə qeyd edib ki, bizim əsas məqsədimiz neft kapitalını insan kapitalına çevirməkdir. Prezident İKT sahəsini neftdən sonra ikinci əsas prioritet sahə élan edib. Əlbəttə ki, bunun da bir sıra səbəbləri var. Əgər əvvəllər dünyada bank sektoru və neft sektoru hökmranlıq edirdisə, hazırda isə bunu İKT sahəsi əvəzləyib. Ekspertlərin fikrincə, İKT sahəsindən gələn gəlir son beş ildə iki dəfə artıb. Bu da onu göstərir ki, əgər dünyada son beş ildə iki dəfə gəlir artırsa gələcəkdə dünyanın ümumi daxili məhsulunun (ÜDM) 80 faizi İKT sektorundan təşkil olunacaq. Məhz buna görə də hesab edirəm ki, hər bir ölkə öz gələcəyini düşünürsə, ilk növbədə İKT sektoruna xüsusi diqqət yetirməlidir. Bu forum İKT sahəsinin daha da genişləndirilməsi istiqamətində ölkəmiz üçün müstəsna keyfiyyətlərə malik olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB