"Türk diasporlarının xarici ölkələrdə təmas nöqtələri yaradılmalıdır. Həmin mərkəzlər türk diaspor təşkilatlarının ortaq məsələlərini həll etməli, onların qaldırdığı məsələləri təmsil etdiyi ölkənin dövlət rəhbərliyinə çatdırmalıdır". SİA-nın məlumatına görə, bunu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diasporla iş üzrə nazirləri və təşkilat rəhbərlərinin birinci iclasında bildirib.
O bildirib ki, toplu halda türk diaspor təşkilatlarının vahid siyasət yürütməsini təmin etmək lazımdır. O, həmçinin dünya türk diaspor rəhbərlərinin zirvə toplantısından əvvəl bir araya gəlməyi təklif edib.
Şuranın baş katibinin sözlərinə görə, dünyanın hər yerində türk diasporları fəaliyyət göstərir və onların fəaliyyətinin koordinasiya olunması türklərə qarşı mənfi təbliğatların qarşısının alınması, türk imicinin dünyada qaldırılmasına yönəlməlidir.
Akıncı eyni zamanda, TÜRKPA-nın üzərinə parlament səviyyəsində diasporların fəaliyyətinə töhfələrin verilməsi üçün böyük iş düşdüyünü vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB