Politoloq: “Ermənilər Azərbaycan xalqını qorxu altında saxlasınlar”

Politoloq: “Ermənilər Azərbaycan xalqını qorxu altında saxlasınlar”

Rusiya Azərbaycana qarşı heç bir kəskin addım ata bilməz. Cənubi Qafqazda hər hansı bir aktivlik, müharibə ehtimalı sadəcə olaraq həmin adı çəkilən dövlətin özünə ziyan gətirə bilər. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Rusiyanın Cənubi Qafqaz siyasətini şərh edərkən deyib.

M.Əhmədoğlunun sözlərinə görə, bunu Rusiya tərəfi də aydın şəkildə dərk edir: "Belə olan təqdirdə Rusiya Qafqazda çox ehtiyyatlı siyasət aparır. Azərbaycan isə strateji təhlükəsizlik məsələlərində Rusiyanın müttəfiqi kimi çıxış edir. Rəsmi Moskva hətta Ermənistanın daxilində Serj Sarkisyana qarşı hərbi yola əl ata bilər. Çünki S.Sarkisyan özü ikibaşlı oyunlar oynayaraq, Rusiya tərəfini aldatmaqla məşğuldur".

Mərkəz direktoru deyib ki, Rusiya Xəzər hövzəsinə hərbi donanmasını yerləşdirməklə İrandakı vəziyyətə də nəzarət edəcək: "Digər məqam isə Suriya ilə bağlıdır. Çünki Rusiya bilirdi ki, Suriyaya qarşı hər an hərbi hücuma keçə bilər. Belə də oldu. Hazırda Rusiya adıçəkilən bu dövlətdə hərbi qüvvələrini yerləşdirməklə məşğuldur. Rusiyanın Suriyadakı hərbi aktivliyinin artması Türkiyənin birbaşa maraqlarına ziddir. Rusiyada müəyyən adamlar xüsusilə də ermənilər çalışırlar ki, Azərbaycan xalqını daima qorxu altında saxlasınlar və beləcə öz işlərini davam etdirsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə