Bu gün Avropa Şurası Parlament Assambleyasının növbəti iclasında Azərbaycanla bağlı iki hesabatın müzakirəsi gözlənilir. Sənədlərdə Azərbaycanda son 12 ildə keçirilən seçkilər və "siyasi məhbus" problemi göstərilir. AŞPA-nın sessiyasında seçki ilə bağlı fikirlərin cəfəngiyyat olduğunu deyən millət vəkili Adil Əliyev SİA-ya açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Avropa Şurası əvvəl gedib Ermənistandakı seçkiləri müşahidə etsin və görsün ki, seçici hüquqlarının pozulduğu, seçki saxtakarlığı əslində hansı ölkədə var: "Azərbaycanda bu günə qədər saxta seçkilər keçirilməyib. Biz bunun həm prezident, həm də parlament seçkilərində hər dəfə şahidi olmuşuq. Qoy, AŞPA müşahidəçiləri həm seçki öncəsi, həm seçkidən sonra gəlib bütün prosesləri izləsinlər, müşahidə etsinlər. Və bu zaman görəcəklər ki, Azərbaycanda xalqın səsi həmişə qalib gəlib. Azərbaycan prezidentini, millət vəkillərini azad, demokratik seçki nəticəsində xalq özü seçib. Xalqımız kimi layiqli bilibsə, ona da səs verib. Mən buna qəti etirazımı bildirirəm və buna onların ədalətsiz, ikilistandartlı münasibətinin sübutu kimi qiymət verirəm. Beynəlxalq təşkilatların, Avropa institutlarının qeyri-obyektiv münasibətləri Azərbaycan xalqının haqlı narazılığına səbəb olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB