İKT-nin Qarabağ məsələsində mövqeyi

İKT-nin Qarabağ məsələsində mövqeyi

Türkiyə parlamentinin sədri Cəmil Çiçək İslam Konfransı Təşkilatı (İKT) Parlament Assambleyasının Sudanda keçirilən toplantısında Qarabağ məsələsini yenidən gündəmə gətirib. SİA türk mətbuatına istinadən xəbər verir ki, toplantı çərçivəsində jurnalistlərlə görüş keçirən C.Çiçək İKT-nin İslam ölkələrində mövcud olan problemlərin həllində və dünyanın bir çox ölkələrində zülmə məruz qalan müsəlmanlara dəstək məsələsində daha fəal olmasının vacibliyini bildirib.

"Bu toplantıda dünyaya güclü bir mesaj verilməsini gözləyirik. Sadəcə Suriya mövzusunda deyil, eyni zamanda, Şimali Kipr, ərazilərinin iyirmi faizi işğal altında olan Azərbaycan, Fələstin və Myanma məsələlərində prinsipial mövqe ortaya qoyulmalıdır. Əgər bu toplantılarda ciddi nəticələr əldə edilməsə, onda belə yığıncaqların faydası da olmayacaq",- deyə C. Çiçək fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə