Leyla Yunus başda olmaqla bir qrup şəxsin gözü Azərbaycandakı inkişafı götürmür. Ona görə də xaricdən himayə olunan belə təşkilatlar yaratmaqla milli və dövlət maraqlarımıza xəyanət etmiş olurlar. Bunu SİA-ya açıqlamsında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Onun sözlərinə görə, bu insanlar ölkədə baş verənləri xarici ölkələrə məlumat şəklində ötürməklə dövlət maraqlarını həmin qüvvələrə satmış olurlar: "Bu şəxlərdən istifadə edən qüvvələr də dünyanı çox rahat bir şəkildə idarə edirlər. Təsadüfi deyil ki, heç bir müsəlman-türk dövlətində yerləşərək dünyanı idarə edən təşkilatlar və təhlil mərkəzləri yoxdur. Bu tip təşkilatları stimullaşdırmaqla da Azərbaycana təsir imkanlarını artırırlar. Bu məslələrə ehtiyyatla yanaşmaq lazımdır. Ona görə ki, Azərbaycanın dövlət maraqlarına heç vaxt ziyan dəyməməlidir. Kim olmağından asılı olmayarq milli maraqlarımıza uyğun fəaliyyət göstərilməlidir. Bu amil əsas tutulmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB