Bəşər Əsədin aqibəti İran üçün qırmızı xətdir

Bəşər Əsədin aqibəti İran üçün qırmızı xətdir

Tehran Suriya prezidenti Bəşər Əsədin iqtidarda qalmasının İranın qırmızı xətti olduğunu bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu İran lideri Ayətullah Əli Xomeneyinin müşaviri Əli Əkbər Vəlayəti bildirib. Onun sözlərinə görə, Suriya prezidenti Əsəd devrilməməlidir.

Əsədin aqibətinin Tehran üçün qırmızı xətt olduğunu söyləyən Vəlayəti qeyd edib ki, xalqın tələblərini özündə ehtiva edən islahatlar zorakılığa əl atılmadan və ABŞ-ın təsiri olmadan həyata keçirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə