Hava məkanını bağlamaq Azərbaycanın haqqıdır

“Azərbaycan Çikaqo Konvensiyanın tətbiqi istiqamətində hüquqi müstəvidə işini gücləndirəcək”
Hava məkanını bağlamaq Azərbaycanın haqqıdır

"Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar beynəlxalq hüquq və Çikaqo Konvensiyasına əsaslanır. Konvensiyanın I maddəsinə əsasən bütün dövlətlər öz hava məkanı üzərində tam və müstəsna suverenlik hüququna malikdir". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə açıqlamasında deyib.

E.Abdullayev bildirib ki, konvensiyanın 9-cu maddəsində dövlətlərin lazımi anda öz hava məkanını uçuşlara qapatmaq hüququ təsbit edilir: "Azərbaycan öz suveren hüququndan istifadə edərək 1993-cü ildə işğal olunmuş ərazisi üzərindəki hava məkanını bağlayıb. Bu, o deməkdir ki, konvensiyanın tərəfi olan bütün dövlətlər Azərbaycanın bu hüququna hörmət etmək məcburiyyətindədir".

Qurum rəsmisi onu da əlavə edib ki, Azərbaycan Çikaqo Konvensiyanın tətbiqi istiqamətində hüquqi müstəvidə işini gücləndirəcək: "Xocalıdakı hava limanının açılması yönündə Ermənistanın səyləri beynəlxalq hüquq normalarına ziddir. Bu hava məkanı Azərbaycana məxsusdur, ona görə də Ermənistan tərəfindən istifadəsi mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə