"Gürcüstanın həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətləri var. Demək istərdim ki, bunlar ümumi sözlər deyil". SİA-nın məlumatına görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində keçirilən brifinqdə deyib.
Gürcüstan Prezidenti ölkəsinin qonşu dövlətlərlə münasibətinin yaxşı olmasını istədiyini bildirib. Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda həmişə stabilləşdirici rol oynayıb.
Saakaşvili onu da vurğulayıb ki, son bir neçə ildə bu münasibətlər nəinki hökumətlər arasında, eləcə də xalqlar arasına da mövcud olub: "Bu illər ərzində xalqlarımız bir-birinə daha yaxın olub. Bununla da mövcud olan streotiplər aradan qalxıb. Biz özümüzü daha da yaxşı tanıdıq. Analoji proses Azərbaycanla da mövcuddur. Uzunmüddətli yanaşmada optimistəm, amma bəzi maneələri aşmaq lazım olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB