Dünyanın bir sıra müvafiq instutları İran-Ermənistan münasibətlərindən narahatlıqlarını bəyan edirlər. Bəyanatlarda qeyd olunur ki, İran öz maliyyə əməliyyatlarının əsas hissəsini Ermənistan vasitəsi ilə həyata keçirir. Bu əməliyyatların əksəriyyəti qeyri-qanuni olaraq həyata keçirilir. Çünki İran bankları dünya bank sistemindən faktiki olaraq ayrılıb. Ancaq dünya ölkələri Ermənistanın bu hərəkətlərinə göz yumur.
Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli İran-Ermənistan münasibətlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, buna səbəb Ermənistanın himayə olunmasıdır: "Ermənistanın bu günki vəziyyəti Azərbaycana qarşı həyata keçirdiyi işğalın nəticəsidir. Bununla da Ermənistan özünü faktiki olaraq blokada vəziyyətinə salıb. Bu proses heç bir ciddi iqtisadi resursları olmayan Ermənistanın iqtisadiyyatını tamamilə iflasa uğradıb. Bu gün İran yeganə ölkədir ki, Ermənistanın iqtisadiyyatını tamamilə çökməsinə imkan vermir. Ermənistan xalqını aclıqdan və səfalətdən xilas edir. Bundan əlavə torpaqlarımız işğal olunan illərdə İran Ermənistana hər cür yardım göstərib. Təsadüfi deyil ki, Ermənistan prezidentləri dəfələrlə bildiriblər ki, müharibə illərində İran Ermənistan üçün həyat yolu rolunu oynayıb. Bu missiya nə Azərbaycanla qonşuluq siyasətinə, nə də müsəlman həmrəyliyi məsələsinə qətiyyən düz gəlmir. Bundan başqa İrana qarşı köməklik göstərən hər bir dövlət sanksiyalara məruz qalır. Ancaq Ermənistan bu prosesdən uzaqdır. Bu da onu göstərir ki, dünyadakı siyasi proseslər ədalətlilik prinsipləri ilə deyil, ayrı-ayrı güclərin maraqları ilə idarə olunduğunu göstərir".
E.Mirzəbəyli Ermənistan prezidenti Sarkisyanın verdiyi sərsəm bəyanatlara da münasibət bildirib: "Son zamanlar Ermənistan tərəfindən atılan bütün addımlar və səsləndirilən bəyanatlar birmənalı şəkildə keçirilən seçkidə S.Sarkisyanın təbliğat kampaniyasının tərkib hissəsidir. Müharibə və səsləndirilən sərt bəyanatlar da buna hesablanıb. S.Sarkisyan hakimiyyətdə olduğu illər ərzində verdiyi heç bir vədi yerinə yetirə bilməyib. Bu müddət ərzində proseslər əks məcrada davam edib. İşğal olunmuş Azərbaycan əraziləri ilə bağlı beynəlxalq təşkilatların bəyanatları səsləndirilib, Xocalı soyqrımı ilə bağlı bir çox dünya parlamentlərində qətnamələr qəbul olunub. Bu da göstərir ki, keçən illər ərzində Ermənistan təkcə iqtisadi baxımdan deyil, eyni zamanda diplomatik müstəvidə də geriləyib. Dünyanın heç bir şirkəti bu ölkəni yatırım etmək üçün rentabelli hesab etmir. Bunun üçün də seçkiyə gedən şəxs kimi S.Sarkisyan belə bəyanatlar verməlidir. Bundan əlavə keçiriləcək qeyri-demokratik seçkidə öz ətrafında fon yaratmaq üçün populist bəyanatlar verməklə məşğuldur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB