AŞPA sədri: "ATƏT-in Minsk Qrupunun işinə tam etibar edirəm"

AŞPA sədri: "ATƏT-in Minsk Qrupunun işinə tam etibar edirəm"

"Mənim Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə keçirdiyim üçtərəfli görüşə gəldikdə, bu, Alt Komitə çərçivəsində deyil, qeyri-rəsmi çərçivədə keçirilən görüşdür. Bu komitənin fəaliyyəti məndən öncəki sədr tərəfindən dəstəklənsə də, mən bunu dəstəkləmirəm". SİA-nın məlumatına görə, bu fikirləri AŞPA sədri Jan-Klod Minyon bu gün Strasburqda keçirdiyi mətbuat konfransında deyib.

O çıxışında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işi ilə ATƏT-in Minsk Qrupu məşğul olur və onların apardığı işə tam etibar edir: "Bununla belə, qərara gəldim ki, bu işə bir az fərqli formada, yeni formatda öz töhfəmi verim. Fərq sadəcə ondadır ki, bizim bu görüşlərimiz hansısa rəsmi formatda deyil, qeyri-rəsmi formatda keçirilir. Öz aramızda qərara gəlmişik ki, görüşlərimizin məzmunu barədə mətbuata açıqlama verməyək. Çünki hələ elə bir ciddi razılıq əldə etməmişik, danışıqlarımız davam edir. Bu üçtərəfli görüşlər yalnız Strasburqda deyil, komitələrimizin Parisdə və digər şəhərlərdə keçirdiyi iclaslarda da baş tutur. Son dəfə siyasi məsələlər üzrə komitəmizin İtaliyanın Turin şəhərində keçirilən iclasında görüşmüşdük. Bu sessiya ərzində də hər iki nümayəndə heyəti ilə vaxt tapıb eyni formatda görüş keçirəcəyik. Bu, sessiyanın ikinci, ya da üçüncü günü ola bilər. Ümid edirəm ki, Ermənistanın may ayında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyindən əvvəl bir razılığa gələcəyik və bu irəliləyişlərimiz haqda rəsmi açıqlama verə biləcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə