AŞPA-nın vitse-prezidenti məlum oldu

AŞPA-nın vitse-prezidenti məlum oldu

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri məlum oldu. SİA-nın məlumatına görə, Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilib.

AŞPA-nın qış sessiyasının ilk günündə keçirilən iclasda qurum sədrinin müavinlərinin seçimlərinə dair prosedura uyğun olaraq növbəti dəfə Seyidov bu posta təsdiqlənib.

Qeyd edək ki, S. Seyidov əvvəllər də AŞPA-nın vitse-prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə