Qorbaçov Bakıya gəlsə...

Hiddətlənməyin. Bunu o son müsahibəsində söyləyib. Mixail Qorbaçovu öldürməyə çalışmaq çıxış yoludurmu? Xeyr.Təkcə ona görə yox ki, Nobel mükafatlı keçmiş baş katib Qərbin immunitetini qazandığına görə ona qarşı cəza dünyəvi reaksiya doğurardı. Həm də ona görə ki, Azərbaycanın düşmənləri isterika, nifrət və cəzavermə yanğısı alttında hər hansı bir azərbaycanlının bu "samosud"u həyata keçirməsini arzu edərdilər. SİA-nın xəbərinə görə, bu haqda millət vəkili Zahid Oruc öz sosial şəbəkəsində məlumat yayıb.

Qorbaçovun qətlə yetirilməsi,onun imperiyanın cinayətlərinə görə mühakiməsi bütün hallarda Haaqada mümkün idi. Lakin bu şans hamı üçün itirilib.

Ruslar ondan heyif çıxmaq istəmişdilər. Qazaxlar da 1986-cı ildəki olaylara görə ondan cavabdehlik tələb edirdilər. 9 apreldə gürcülərin və sonra Baltikyanı millətlərin də bura qoşulması ilə həttə hüququ verdikdə çıxarılmışdı. Lakin o, qlobal miqyasda elə bir imic əldə edib ki, faktiki dünyanı bolşevizm taunundan xilas etmiş qəhrəman gözündədir.

Şəhidlər Xiyabanı və əbədi məşəl Azərbayacana qəsd edənlərə cəzadırmı? Bəlkə də. Bu mənəvi təskinlik də sayıla bilər. Lakin bu da az deyil. Qorbaçovun bunu bilməyi və ya görməyi tarixi dəyişməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə