Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. SİA-nın məlumatına görə, Çin Xalq Respublikasının Müasir Beynəlxalq Münasibətlər Akademiyasında keçirilən görüşdə ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da genişlənməsi üçün beyin mərkəzlərinin birgə fəaliyyətinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan və Çin dünyada dinamik inkişaf edən ölkələrdir. Dövlətlərimiz bir çox məsələlərdə biri-birini dəstəkləyir. Bu məqamlar ölkələrimizin beyin mərkəzlərinin əməkdaşlığı üçün də geniş imkanlar açır.
Görüşdə tərəflər təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verib, birgə fəaliyyət üçün mümkün sahələri qeyd ediblər.
Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının direktoru Çuy Liju imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB