Bu gün 20 Yanvar faciəsindən 23 il ötür. SİA-nın məlumatına görə, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə saat 00.20-də Azərbaycan SSR-nin Ali Sovetinin razılığı olmadan, SSRİ-nin başqa regionlarandan gətirilmiş ordu birləşmələri Bakı şəhərinə soxuldu. Bununla da SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyaları tam kobudcasına və vəhşiliklə pozulmuş oldu. Hadisə nəticəsində 170 nəfər həlak oldu, 400-ə yaxın şəxs yaralandı. Onların arasında hətta hərbi qulluqçular, gənclər, uşaqlar, qocalar və qadınlar da oldu.
Şəhərə ordunun girməsi və fövqəladə vəziyyətin elan edilməsi, SSRİ Ali Sovetinin 19 yanvar 1990-ci il tarixli qərarı və Mixail Qorbaçovun qərarı ilə olub. Bu akta SSRİ Ali Sovetinin razılığı yalnız ordu şəhərə girəndən 7 saat sonra elan edilib. Ordunun girməsilə Bakıda və bütün Azərbaycanda adi camaata qarşı görünməmiş cinayətlər başlanıb. Helsinki və Vyana razılıqlarına qol çəkmiş bir ölkədə - SSRİ-də insan hüquqları görünməmiş dərəcədə pozulub. Bakının zəbt olunması Sovet ordusunun hissələrilə müdafiə naziri Yazovun komandanlığı altında həyata keçirilib. Heç bir xəbərdarlıq edilmədən şəhərin mərkəzində, kənarlarında milliyyətindən, yaşından, cinsindən asılı olmayaraq, sülhpərvər insanlara atəşlər açılıb. Hətta qadağan olunmuş silahlardan, güllələrdən də istifadə olunub. Sovet ordusunun əsgərləri yaralılara qarşı da mərhəməti unudaraq, xəstəxanalarda işıqları söndürüblər, "təcili yardım" maşınlarına atəş açıblar, ağır yaralıları yerindəcə qətlə yetiriblər. Hətta öz vəhşiliklərinin izini itirmək üçün meyitləri yandıraraq gizlədiblər. Şəhər cəbhə xəttini xatırladırdı.
2 milyon əhalisi olan Bakının neft, qaz istehsal olunan müəssisələrin üstündə raketlə silahlanmış hərbi vertolyotlar fırlanırdı. Bütün ərzaq anbarlarını ələ alaraq, dükanlara aparmağı qadağan edirdilər. Dərmanların çatışmazlığından (Moskva dərmanların gətirilməsinə imkan vermirdi) yaralılar ölürdü. 1990-cı il yanvarın 22-də Sovet hərbçilərinin binaların daşında yerləşdirdiyi pulemyotların ağızı altında, günahsız güllələnmiş qurbanları 1,5 milyona yaxın xalq axırıncı yola saldı. Bakı öz övladlarını: azərbaycanlıları, rusları, yəhudiləri və başqa millətlərin nümayəndələrini yola salırdı. Hansı ki, bu gün Dağüstü parkda Şəhidlər Xiyabanı yerləşir. Burada Azərbaycanın azadlığı uğrunda öz canlarını qəhrəmancasına vermiş oğlan və qızlarımızın qəbirləri yerləşir. İstintaq komissiyasının verdiyi məlumata görə, bu əməliyyatda 20 min hərbçi, yüzlərlə tank, yüzlərlə başqa zirehli hərbi texnika, hərbi-nəqliyyat təyyarələri və bir neçə növ (HHQ, DİN, DTR) hərbi hissələrin hərbiçiləri iştirak edib. Bütün bunlarla yanaşı, vurğulamaq lazımdır ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycan qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Yanvarın 20-si Azərbaycanda ümumxalq hüzn günüdür.
Ötən illərdən fərqli olaraq demək olar ki, bu il ziyarətçilərin sayı daha çoxdur
Qeyd edək ki, Şəhidlər Xiyabanı istiqamətində bütün yollarda nəqliyyatın hərəkəti dayandırılıb, insanların hərəkəti məhdudlaşdırılıb. Mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım maşınları Şəhidlər Xiyabanı istiqamətində işə cəlb ediliblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB