Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sıralarında olan bir qrup gənc Şəhidlər Xiyabanında "Şəhidlər ölməz!!!" adlı fləşmob keçiriblər. SİA-nın xəbərinə görə, tədbir 1990-cı il 20 Yanvar günü müstəqilliyimiz uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr edilib.
Təşkil olunan fləşmobda üzərlərinə 20 Yanvar günündə şəhid olmuş insanların şəkilləri olan gənclər yürüş ediblər. Yürüş iştirakçıları Əbədi Məşəl önündə maraqlı kompozisiya ilə Azərbaycan gəncinin mövqeyini bəyan ediblər.

YAP GB-nin sədr müavini Aygün Əliyeva
- 20 Yanvar hadisəsi Azərbaycan xalqının ümummilli bir faciəsidir. Heç də təsadüfi deyildir ki, ölkə gənci bu məsələdə çox diqqətli olmalıdır. YAP GB ölkənin ən böyük gənclər təşkilatı olaraq hər zaman vətənpərvərliklə bağlı mövzuları eləcə də 20 Yanvarla bağlı hadisələri diqqət mərkəzində saxlayıb. Fikrimcə, artıq biz 20 Yanvar hadisəsini bir faciə, kədər günü kimi qeyd etməməliyik. Bu hadisə bizim qəhrəmanlıq eləcə də şücaətimizi nümayiş etdirdiyimiz tarixdir. Təsadüfi deyil ki, bütün dünyada heç kəsə azadlıq hədiyyə, sovqat kimi verilmir. Hər bir xalq bu azadlığı qanı-canı bahasına əldə edib. Məhz Azərbaycan xalqı da həmin hadisələrdə verdiyi qurbanlar hesabına öz azadlığını təmin edib. Hesab edirəm ki, dünya ictimaiyyəti artıq bu hadisəni kifayət qədər tanıyıb.

YAP GB-nın təşkilati məsələlər üzrə koordinatoru Vüsalə Niftəliyeva
- Bu gün Şəhidlər xiyabanında xeyli sayda gəncin biraraya gəlməsi və Azərbaycanın üçrəngli bayrağı ilə yürüş etmələri həmin insaların öz mövqelərini ortalığa qoyur. Ölkə gənci hər zaman əmindir o öz şəhidinə sahib çıxmaq ruhunda tərbiyə olunub. Eləcə də bizim gənclər Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında, ümumiyyətlə isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində əlindən gələn hər bir şeyi əsirgəməyəcək. Bu gün ölkə gəncinin bura gələrək, yürüşdə iştirak etməsi bizim əzmkarlığımızı nümayiş etdirir".

YAP GB ofisinin rəhbəri Sərraf Hüseynov:
- Bilirsiniz necədir, biri var müəyyən hadisələri ölkə miqyasında tanıtdırmaq, digəri isə dünya miyasında. Fikrimcə, bu hadisələri dünyanın qəbul edəcəyi tərzdə tanıtdırmaq yalnız ictimai hadisələrlə biləvasitə bağlıdır.Bunlara misal olaraq müxtəli səviyyəli "Fləşmob"ları və s. göstərə bilərik. Biz hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda bu şəhidlər kimi şəhid olnağa hazırıq. Hətta bu gün belə bir deyim vardır ki, "Avropa kəsik başa, qana baxmır". Əgər televiziya ekranlarında, müxtəlif beynəlxalq arenalarda insan cəsədlərinə uyğun bir video çarx göstərilirsə, deməli Avropadakı insanların hər biri bütün bunlardan uzaq bir aləmdədir. Hesab edirəm ki, biz bu gün bunun ən optimal variantını həyata keçirdik".
Qeyd edək ki, Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında biləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu layihələr həm partiya sıralarında olan gənclər, həm də digər gənclərimiz üçün öz əhəmiyyəti baxımından seçilir
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB