AŞPA-nın qış sessiyasında nələr müzakirə olunacaq?

AŞPA-nın qış sessiyasında nələr müzakirə olunacaq?

Yanvarın 21- 25-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycanın qurumda nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Sessiyaya qatılacaq nümayəndə heyətinin tərkibinə deputatlar Əli Hüseynli, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.

Sessiyada assambleyanın yeni sədri seçiləcək, Kosovada vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, Rusiya-Gürcüstan müharibəsindən sonra zərər çəkmiş ərazilərdə humanitar vəziyyət, Azərbaycan tərəfinin vəzifə və öhdəliklərinin yerinə yetirilməsi, insan mənşəli orqanlar və hüceyrələrlə alverə qarşı mübarizə, Avropada media azadlığının vəziyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə