Seymur Orucov: “Şəhidlər ölməz, vətən bölünməz” fikri bu gün daha aktual səslənir"
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər birliyinin bir qrup üzvü Azərbaycan xalqının ümummilli matəm və qürur günü olan 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına ziyarətə gəliblər. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə müsahibəsində YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
YAP GB sədrinin sözlərinə görə, hazırda YAP-ın Bakı şəhəri üzrə 400-500-ə yaxın gənci burada iştirak edir: "Eləcə də yanvarın 20-də bir çox gəncin yenidən Şəhidlər xiyabanı ziyarət etməsi gözlənilir. Gənclərin hər birinin əlində dövlətimizin bayrağı və şəhidlərimizin şəkilləri vardır. Təbii ki, bunun da mənası odur ki, bizim hər bir gəncimiz bu şəhidlər kimi vətəni, dövləti uğrunda canla-başla mübarizə aparıb, şəhidlik zirvəsinə ucalmağa hər an hazırdırlar. Bir sözlə, "Şəhidlər ölməz, vətən bölünməz" kimi deyilmiş dahiyanə fikir bu günümüzdə daha aktual səslənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB