İtaliya qəzeti "qanuni oğru"nun qətli ilə 3 PKK-çı qadının öldürülməsi arasında əlaqə olduğunu yazıb
İtaliyanın "Corriere della Sera" qəzeti Moskvada snayper gülləsi ilə öldürülən avtoritet, "Ded Xasan" ləqəbli Aslan Usoyanın qətli ilə Parisdə 3 PKK-çı qadının öldürülməsi arasında əlaqə olduğunu iddia edib. SİA-nın məlumatına görə, "Ded Xasan" PKK ilə əməkdaşlıq edib və terror təşkilatına silah satıb: "PKK-nın silaha ehtitacı olunca bunu "Ded Xasan" çatdırırdı. O da nəğd pul və ya narkotik maddə qarşılığında bu tələbi yerinə yetirirdi. Bu işdə Aslan Usoyanın Gürcüstanda kürd icmasında anadan olmasının da təsiri vardı".
Həmçinin "Corriere della Sera" "Ded Xasan"ın və 3 PKK-çı qadının Türkiyədə başlayan sülh prosesini pozmaq istəyən qüvvələr tərəfindən törədilmiş ola biləcəyinə işarə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB