Ümumiyyətlə, hər hansı bir tarixi hadisə və prosesin öyrənildiyini, tam başa çatdığını indidən söyləmək düzgün olmazdı. Bunu SİA-ya millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı 20 Yanvar faciəsi ilə bağlı hələ də gizli qalan məqamlara münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Moskva şəhərində bir çox məxfi arxivlər hələ də gizli saxlanılmaqdadır: "Fikrimcə, 20 Yanvar hadisəsi tədqiqatçıların araşdırma mövzusu olmalıdır. Eləcə də bununla bağlı müxtəlif məqalələr, monoqrafiyalar, kitablar yazılmalıdır".
M.Qasımlı hesab edir ki, 20 Yanvar tək faciə, qara gün kimi deyil eyni zamanda Azərbaycanın indiki müstəqilliyi baxımından qiymətləndirildikdə anım günü və qürur mənbəyidir: "Çünki artıq şəhidlərimizin istəkləri reallaşıb. Belə ki, Azərbaycan müstəqil, suverən hüquqi bir dövləti özünü təsdiqləyib. Ötən müddət ərzində Azərbaycan xalqı şəhidlərin ruhunu daim əziz saxlayıb və bu gün də bu tendensiya yaşamaqdadır. Birmənalı olaraq Şəhidlər Xiyabanını ziyarət etmək, ölkəmizə səfər edən bütün nümayəndə heyətləri üçün "Dövlət protokol"una daxil edilib. Hər il şəhidlərin xatirəsini anmaq, 20 Yanvar hadisəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün tədbirlər planı həyata keçirilir. Düşünürəm ki, bu kimi tədbirlər ölkəmiz üçün kifayət qədər faydalı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB