Politoloq: “Sarkisyanın bəyanatı acizlikdən doğan isterikadır”

Politoloq: “Sarkisyanın bəyanatı acizlikdən doğan isterikadır”

Hesab edirəm ki, Ermənistan prezidenti Serj Sarkisyanın bu bəyanatı acizlikdən doğan, isterik bir çıxışdır. Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağın Azərbaycana qaytarılmasının mümkünsüz olduğu ilə bağlı söylədiyi çıxışa münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Sarkisyanın rejiminin söylədiyi fikirlər sadəcə olaraq seçkilər öncəsi daxili auditoriyaya hesablanıb: "Ermənistanda hər bir kəs xüsusilə də S.Sarkisyan çox gözəl dərk edir ki, Azərbaycan ordusu ən qısa müddətdə öz torpaqlarını azad edə və suverən hüquqlarını bərpa edə bilər. Hesab edirəm ki, bu bəyanatın arxasında ölkəmizi sevməyən, Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi deyil əksinə müstəmləkə gözü ilə baxan bəzi ölkələrin əli dayanır. Əks təqdirdə S.Sarkisyan heç cürə təkbaşına belə bir bəyanat verə bilməzdi. Ancaq bu kimi bəyanatlar Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Bütün dünya da bilir ki, ölkəmizin BMT tərəfindən tanınan sərhədləri mövcuddur və dövlətimiz bu sərhədlər çərçivəsində öz hegemon hüquqlarını bərpa edə bilər və edəcəkdir də".

Bütün xəbərlər Facebook səhifəmizdə