"Gələcək erməni nəsilləri Sarkisyanı lənətlə xatırlayacaqlar"

Aydın Mirzəzadə: “Serj Sarkisyanın yürütdüyü siyasət Ermənistana bədbəxtlik gətirib”
"Gələcək erməni nəsilləri Sarkisyanı lənətlə xatırlayacaqlar"

Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək istəyərsə, bunu Serj Sarkisyandan soruşmayacaq. Bunu SİA-ya açıqlamsında millət vəkili Aydın Mirzəzadə Ermənistan prezidentinin Dağlıq Qarabağın qaytarılmasının mümkünsüz olduğuna dair verdiyi açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ Serj Sarkisyanın nəzarəti altında qaldıqca Ermənistan daha da çıxılmaz vəziyyətə düşür: "Torpaqlarımız işğal altında qaldıqca Ermənistanın sərhədləri bağlı qalacaq, iqtisadiyyatı zəifləyəcək, durmadan əhalisi ölkəni tərk edəcək. Belə görünür ki, S.Sarkisyan öz ölkəsinə və xalqına düşməndir. Gələcək erməni nəsilləri də öncəki prezidentləri kimi onu da lənətləyəcək. Çünki onun yürütdüyü siyasət Ermənistana yalnız bədbəxtlik gətirib. Bununla da erməni xalqı Azərbaycan və Türkiyənin böyük imkanlarından məhrum olublar".

Bütün xəbərlər Facebook səhifəmizdə