Millət vəkili seçicilərilə görüşüb

Millət vəkili seçicilərilə görüşüb

Yeni Azərbaycan Partiyasının 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilərilə görüşüb. SİA-nın verdiyi məlumata görə, millət vəkili seçicilərinin müraciətlərinə əsasən, ayrı-ayrı ünvanlara baş çəkib, onların problemlərilə maraqlanıb və müvafiq orqanların köməkliyilə çatışmazlıqların aradan qaldırılmasına töhfəsini verib.

Daha sonra qəbul keçirən millət vəkili Sədaqət Vəliyeva fərdi müraciətlərə baxıb və seçicilərin problemlərinin vaxtında həll edilməsinə köməklik göstərəcəyinə söz verib. Qəbulda olan vətəndaşlar da bütün görülən işlərə və yaradılan şəraitə görə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər və hər zaman Onu dəstəkləyəcəklərini əminliklə vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə