Sazişlər təsdiqləndi

Prezident Abdulla Gül Türkiyə ilə Azərbaycan arasında imzalanmış bir sıra dövlətlərarası və hökumətlərarası sənədləri təsdiqləyib. SİA-nın Türkiyə prezidentinin saytına istinadən verdiyi məlumata görə, A. Gül 6375 saylı "Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında Trans Anadolu təbii qaz boru xətti sisteminə dair hökumətlərarası saziş və buna əlavə olaraq Türkiyə hökuməti ilə "The Trans Anatolian Gas Pipeline Company B. V." arasında Trans Anadolu təbii qaz boru xətti sistemi haqqında sazişin ratifikasiyasına dair qanun"u təsdiq edib. A. Gülün təsdiqlədiyi digər sənədlər aşağıdakılardır:

- 6376 saylı "Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında yatırımların qarşılıqlı qorunması və təşviqi haqqında sazişin ratifikasiyası haqqında qanun";

- 6377 saylı "Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında ortaqlıq və işbirliyi sazişinin ratifikasiyasına dair qanun":

- 6378 saylı "Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında dövlət orqanları işçilərinin idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əm əməkdaşlığa dair Protokolun ratifikasiyası haqqında qanun.

Bütün xəbərlər Facebook səhifəmizdə