Hərbi xidmətə gedənlərə şad xəbər EKSKLÜZİV

Hərbi xidmətə gedənlərə şad xəbər EKSKLÜZİV

Dövlət üçün orduya çağırışların hansı yaşdan olmasının heç bir əhəmiyyəti yoxdur. Bunu SİA-ya açıqlamsında millət vəkili Aydın Mirzəzadə orduya çağrılanların yaş həddinin artırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yaş həddinin artırılması gənclərin orduya daha hazırlıqlı olması ilə bağlıdır: "Hesab edirəm ki, bu məsələyə gənclərində münasibəti müsbət olmalıdır. Çünki gənclər hərbi xidmətdən sonra özlərinin həyat planlarını qururlar. Bu məsələ ilə bağlı bir plan irəli sürmək istəyirəm. Plana əsasən, gənclər müəyyən bir rüsum ödəməklə hərbi xidmətə çağırışlarını bir- iki il uzada bilərlər. Bu sağlamlıq, təhsil almaq planları ilə bağlı ola bilər. Bununlada həmin gənc hərbi xidmətə müəyyən yaşdan sonra başlamaqla vətənə olan borcunu verə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə