YAP Nizami rayon təşkilatının Gənclər Birliyi 20 Yanvar faciəsilə əlaqədar internet aksiyası keçirib
Gənclər 20 Yanvar aksiyası

Yanvarın 16-da YAP Nizami rayon təşkilatının Gənclər Birliyi 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş internet aksiyası keçirib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin sədri Əli Pənahov Azərbaycanın müstəqilliyi, milli azadlığı uğrunda şəhid olanların şəhidlik zirvəsinə qalxmasını qəhrəmanlıq simvolu kimi qiymətləndirib.

Digər gənclər çıxışlarında 20 Yanvar hadisəsinə ilk olaraq Ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyini və məhz Ulu öndərimizin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildiyini söyləyib. Vurğulanıb ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxıb, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib.

Aksiyada diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın dünyada güclü bir dövlət kimi tanındığını, yüksək iqtisadi göstəricilərə və hərbi potensiala malik olan bir ölkə kimi inkişaf etdiyini və hər zaman Azərbaycan xalqının Dağlıq Qarabağ problemini həll etmək iqtidarında olmasını vurğulayıblar.

Sonra aksiyaya start verilib. Gənclər 20 Yanvar faciəsilə bağlı fotoşəkilləri, məlumatları və etiraz müraciətlərini müxtəlif beynəlxalq təşkilatların, media qurumlarının elektron ünvanlarına göndəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə