"Cərimələrlə bağlı qərar Parlamentin payız sessiyasında qəbul edilib. Qeyri-qanuni aksiyalara marağı olan insanlar əvvəlcədən bilirdilər ki, onların bu hərəkəti yüksək cərimələrin tətbiq olunması ilə nəticələnəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə bir qrup gəncin keçirdiyi aksiya zamanı saxlanılan şəxslərə tətbiq olunan cərimələrə münasibət bildirərkən deyib.
O qeyd edib kİ, cərimələrin nəzərdə tutulmuş məbləği konkret insanlar üçün deyil: "Bu cərimələr qanunu pozan insanlar üçün nəzərdə tutulub. Təbii ki, istənilən kütləvi aksiyanı keçirmək olar. Ancaq ilk növbədə bunun üçün yerli icra hakimiyyətinə müraciət etmək lazımdır. Yanvarın 1-dən qanun layihəsi qüvvəyə mindikdən sonra cərimə olunanlar şikayət edirlər. Həmin insanlara üzümü tutub deyirəm ki, ilk növbədə qanunu pozduğunuza görə, özünüzdən şikayət edin. Qanuna hörmətsizlik halını cəmiyyətə gətirmək heç də dövlətçiliyin möhkəmləndirilməsinə və hüquqi dövlətin qurulmasına kömək ola bilməz. Qanun hamı üçündür və hər bir kəs atdığı addımlara görə müvafiq cavab alır".
Millət vəkili həminin Müsavat partiyasının bir qrup üzvünün AXCP-nin tərkibinə keçməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu radikal müxalifətin daxilindəki intriqadır.
"Bu gün Azərbaycan seçicisi iqtidar nümayəndəsini dəstəkləyəcək. Hazırda ölkə prezidenti cənab İlham Əliyevin seçilmək şansı kifayət qədər yüksəkdir. Prezidentimizin sosial bazası ölkə başçımızın yenidən seçilməsini təmin edəcək. Müsavat və AXCP isə müxalifətin radikal qanadıdır. Ümumiyyətlə isə onları özlərinin kiçik sosial bazasından başqa heç kim təmin etmir. Bu kiçik sosial baza daxilində bir neçə nəfərin yerdəyişməsi heç nəyə təsir edə bilməz",- deyə millət vəkili əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB