Gültəkin Hacıbəyli iqtidara dua etsin ki...

Gültəkin Hacıbəyli iqtidara dua etsin ki...

Gültəkin Hacıbəyli yox, onun kimi yüzü olsa belə iqtidarın qarşısında tab gətirə bilməz. Bunu SİA-ya açıqlamsında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə vaxtilə birgə olduğun, bir sırada durduğun insanlara, partiyaya qarşı çıxmaq mənəviyyatsızlıq və özünə hörmət etməməyin təzahürüdür: "Bu xanım anlamalıdır ki, Gültəkin Hacıbəyli kimilərdən Azərbaycan xalqına heç nə ola bilməz. Onun fikrincə prezident olacaq və şərqin ilk qadın prezidenti olacaq. Bütün bunlar xam xəyallardır. O, bütün günü iqtidara dua etsin ki, onu Azərbaycan cəmiyyətinə təqdim edib. Bu insan elə bilir ki, xüsusi qabilliyyətə malikdir. Həmin xanım heç bir istedada malik deyil. İndiki xanım millət vəkilləri ondan dəfələrlə güclüdür".

Bütün xəbərlər Facebook səhifəmizdə