İsa Qəmbər niyə belə edir?

İsa Qəmbər niyə belə edir?

Azərbaycan müxalifətinin, cəmiyyətimizin sağalmayan virusuna çevrilən İsa Qəmbərovun Lənkəranda başına gələn olaylardan hər kəsin xəbəri var. Məqsədim onun topuğaltı səfərinə toxunmaq deyil, baş verənin hadisədən onun necə istifadə etməsinə aydınlıq gətirmək və şəxsən özünün təşkil etdiyi "sui-qəsd" planından danışmaqdır.

İ. Qəmbərov Lənkərandan dönər-dönməz müxalifətçilərlə görüş keçirib dedi ki, bu mənə qarşı sui-qəsddir. Adamın "yalançının........" demək istəməyi gəlir, amma əvvəl sinirə hakim olmaq lazımdır ki, bu kimi insanların məqsədləri ifa oluna. Əvvəla, İ. Qəmbərov kimdir ki, ona qarşı sui-qəsd planı hazırlana!? Bu adam ölkədə önəmli bir şəxs deyil, güclü ordu sahibi deyil, böyük avtoritet deyil və nəhayət, bir zada dərman deyil.. İsa "bəyə demək istəyirəm ki, kiməsə sui-qəsd planı hazırlananda açıq-aşkar, göz görə-görə onu daşa basmırlar. Nə bilim, milyonlarla sui-qəsd yolu var. Daha nə lazım ki, insanları öyrədəsən onlar da əlinə daş götürüb səni qabağına qatıb Lənkəran nimçələrinə oxşayan daz başını daşlaya.. 20 ildə eşitmisənmi kimsə yolda daş-qalaq edilib öldürülsün, və ya kiməsə qarşı hamının gözü qarşısında sui-qəsd olsun? Görməmisən, bu ola da bilməz. Ən azı o üzdən ki, Azərbaycan dünyada sivil, demokratik dəyərlərlə inkişaf edən heç bir kütləvi iğtişaşın baş vermədiyi ölkələrdən biridir. Açığı deyim ki, şəxsən mənim imkanım olsa səni Lök-Batandakı ermənilər qəbirstanlığında kəllə-mayallaq gömərdim, özü də hər kəsin qarşısında. Neyləyək, qanunlar yol vermir.

İsa "bəy" sənin hər nəyin də olmasa məşhur "Taxta" restoranındakı ofisiantlar kimi bir "baxış"dan sui istifadə etmək bacarığın var. Amma ordakı ofisiantlar qadıncığazlardır. Rəhmətlik, B, Vahabzadə demişkən, "Ölüm üçün nə fərqi var, ya bu çəmən, ya o çəmən!?"... Guya sənə "sui-qəsd" olunub, sən də tumanını başına atıb başladın özünə "xal, divident" qazanmağa.. Seçki öncəsi bütün diqqəti öz üzərinə yönəltmək istədin, müxalifət "lider"ləri içərisində guya "həqiqi" qurban olduğunu göstərmək istədin və ən nəhayət, digər müxalifətçilərə o mesajı vermək istədin ki, "baxın, sui-qəsd mənə oldu, deməli əsas rəqib mənəm..." Ancaq nə fayda, bu da əks effekt verdi. Əksinə əllərinə daş verib öyrətdiyin insanlar səni qovub rüsvay etdilər, cəhənnəmin açıq qapısının rəngində olan maşınını da əzdirib zay elədin. Maşın demişkən, bəlkə bu təzə maşın istəyir!? Bəlkə burdan xarici havadarlarından dəymiş "ziyana" görə pul istəyir!? O başa düşməlidir ki, bu cür primitiv oyunlar ancaq onun başının altından çıxar. Azərbaycanı daxili və xarici düşmənlərdən qoruyan şəxslərin planlarının, gərgin əməyinin nəticəsidir ki, bütün düşmən planları məhv olmaqdadır. Böyük insanlar heç vaxt bu qədər cılız insana qarşı bu qədər cılız sui-qəsd hazırlamaz. Bu heç kimə lazım deyildi, ən əvvəl sənə..Ona görə ki, bu cür ucuz addımlarla heç ən pis qiymət belə almaq olmaz.

Onsuz da paxırın tez açıldı. Lənkəranlı Xeybər Xosrofovun açıqlaması səni bir təhər etdi. Aydın oldu ki, bu şəxs vaxtilə müsavat-cəbhə hakimiyyəti dövründə vəzifədə çalışıb. X. Xosrofovun "Xəzər-Lənkəran"ın formalarını geyinib sənə hücum etməsi heç də udulan deyil. İ. Qəmbərov Lənkəarana getməzdən bir neçə gün əvvəl X. Xosrofov görəsən onunla Müsavatın qərargahında nə üçün görüşüb? Elə də fəallığı olmayan X. Xosrofovun İ. Qəmbərovla qəfil görüşü nə demək idi!? İdmançı formalı gənclərə "Xəzər-Lənkəran"ın formalarını geyindirib oyuna salmaq o demək idi ki, guya bu hadisəni hökumət eləyib, özü də futbolçuların, idmançıların əli ilə. Amma elə öz dığaların iki gün keçən kimi açıqladılar ki, onları İ. Qəmbərov öyrədib. İsa "bəy" daha bəsdir...!

P.S. İsa Qəmbərovun vaxtilə müxalifətçi qadını müsavatçılara zorlatdırıb polislərin üstünə atması da hələ unudulmayıb..Odur ki, bu insan vaxt olacaq seçki platformasında belə bir tezis yazacaq: "Əgər mənə etimad göstərsəniz onsuz da olmayan vicdanımı qurban verəcəyimə, bundan sonra da ermənilərlə qol-boyun olacağıma söz verirəm.."

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə