Sədaqət Vəliyeva: "İsa Qəmbərin seçkiöncəsi şousu baş tutmadı" AÇIQLAMA

Sədaqət Vəliyeva: "İsa Qəmbərin seçkiöncəsi şousu baş tutmadı" AÇIQLAMA

"Radikal müxalifətin ənənəvi metodudur ki, ictimai reallığı əks etdirən hadisələri öz məntiqsizliklərinə uyğun şəkildə yozsunlar". Bunu SİA-ya YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.

Onun sözlərinə görə, İsa Qəmbərin seçkiöncəsi şousu baş tutmadı: "Baş vermiş etiraz hadisəsinin təfərrüatlarına və motivasiyasına nəzər salanda bir aydın şəkildə görmək mümkündür ki, insanlar yalnız İsa Qəmbərin Lənkərana gəlişinə qarşı çıxıblar. Xüsusilə də, şəhid valideynlərinin etiraz etməsi hadisəni tam açıqlamış olur".

Sədaqət Vəliyeva söyləyib ki, nəinki Müsavat Partiyasının, hətta, AXCP-nin də bir çox gənclərimizin ədalətsiz müharibədə həlak olmasında əli var: "Əgər 1992-ci ildə hakimiyyəti qəsb etmiş AXC-Müsavat cütlüyü lazımi addımları vaxtında atsaydı, günahsız vətəndaşlarımız həlak olmazdı, 1 milyona yaxın insan torpağından didərgin düşməzdi, yüzlərlə şəhidin valideyni gözü yaşlı qalmazdı".

Düşünürəm ki, bu gün İsa Qəmbərin və ya Əli Kərimlinin xalq tərəfindən qəbul edilməməsinin kökündə onların Azərbaycan dövlətinə və xalqına qarşı satqın siyasət yürütmələri durur: "Ona görə də, anti-milli fəaliyyətilə ad qazanmış İsa Qəmbər və Əli Kərimli heç bir zaman xalqın dəstəyini ala bilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə