BMT Fransanın Malidəki hərbi əməliyyatlarına dəstək verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Fransaya Malidə islamçı silahlılara qarşı apardığı hərbi əməliyyata görə dəstək verilib. Fransa xarici işlər naziri Loran Fabius isə bildirib ki, ölkəsi Malidə təhlükəsizliyin yeganə təminatçısı rolunu oynamaq istəmir.
Qeyd edək ki, fransız aviasiyasının zərbələri nəticəsində silahlılar şimaldakı əsas şəhərləri tərk ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB