Aksiyada saxlanılanlar cərimələnib

Aksiyada saxlanılanlar cərimələnib

Şənbə günü Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun ölümü ilə əlaqədar bir qrup gəncin "Əsgər ölümünə son" şüarı altında keçirdiyi aksiya zamanı saxlanılan 9 nəfər barəsində məhkəmə qərarı elan olunub. SİA-nın veridiyi xəbərə görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxslərdən Tural Abbaslı, Rəşad Həsənov və Renat Nəcəfov 600 manat, Zakir Rəhimov 400 manat, 2 nəfər isə 500 manat cərimələnib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə isə Turqut Qəmbər, Əbülfəz Qurbanlı və Vüsal Bayramov hər biri 500, Babək Həsənov isə 600 manat cərimələnib. Hazırda Nəsimi və Səbail Rayon məhkəmələrində saxlanılan digər şəxslərin məhkəmələri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə