Ermənistanın addımlarına sərhəd qoymalıdır

Ermənistanın addımlarına sərhəd qoymalıdır

"ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yollarını tapmaqla məşğuldur". SİA-nın verdiyi xəbərə görə, bunu Norveçin xarici işlər naziri Espen Bart Eyde Ermənistanın Dağlıq Qarabağda aeroport açmaq planlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ermənistan danışıqlarla ziddiyyət təşkil edən addımları məhdudlaşdırmalıdır: "Torpaqlar işğal altında qalmaqda davam edirsə, bu cür uçuşlar qanunsuzdur və həm beynəlxalq hüquqa, o cümlədən Çikaqo Konvensiyasına və İCAO-nun tələblərinə ziddir".

Bütün xəbərlər Facebook səhifəmizdə