Norveçin bəlli mövqeyi...

"Rəsmi Norveç Xocalı aeroportu vasitəsilə uçuşların həyata keçirilməsini pisləyir". SİA-nın verdiyi xəbərə görə, bunu Norveçin xarici işlər naziri Espen Bart Eide mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, rəsmi Oslonun Xocalı aeroportu ilə bağlı məsələyə dair mövqeyi bəllidir: "Biz öz mövqeyimizi İrəvana da bildirmişik. Bu aeroport vasitəsi ilə uçuşların həyata keçirilməsini pislədiyimizi ifadə etmişik. Ermənistan qarşı tərəfə yönələn təxribat xarakterli hərəkətlərə əl atmamalıdır".

Eide qeyd edib ki, Norveç Dağlıq Qarabağ məsələsində Minsk qrupunun səylərini dəstəkləyir və hesab edir ki, status-kvo qəbuledilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə