Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün tarixi məlum olub. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşü yanvarın 28-ə planlaşdırılıb. Bu haqda mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Lakin görüşün formatı hələlik məlum deyil. Buna səbəb həmsədrlərin məsələ ilə bağlı təkliflərini təqdim etməməsidir.
Qeyd edək ki, XİN-nin görüşü Parisdə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB