İvanişvilinin Ermənistana səfərinin təfərrüatları məlum olub

İvanişvilinin Ermənistana səfərinin təfərrüatları məlum olub

Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Ermənistana səfərinin təfərrüatları məlum olub. SİA-nın məlumatına görə, bu barədə Gürcüstan KİV-i xəbər verib. Xəbərə əsasən İvanişvili yanvarın 17-də baş tutacaq işgüzar səfər zamanı prezident Serj Sarkisyanla görüşəcək.

İvanişvili həmçinin həmkarı, Tiqran Sarkisyanla müzakirələr aparacaq. Bundan başqa, Gürcüstan hökumətinin başçısı Ermənistanın bir sıra mədəni-tarixi yerlərini də ziyarət edəcək.

Xatırladaq ki, Gürcüstanın yeni baş naziri bu vəzifədə ilk səfərini Azərbaycana etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə