Hər bir Azərbaycan əsgərinin vəfatı biz gəncləri dərindən kədərləndirir. Bunu SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, hadisənin səbəbkarları müvafiq strurkturlar tərəfindən araşdırlacaq və cəzasını alacaq: "Baş vermiş hadisəni siyasiləşdirilməsi qəti şəkildə yol verilməzdir. Belə faciəvi hadisələri siyasiləşdirən insanların heç olmasa yaşlarına hörmət qoyması lazımdır. Hətta əsgərin anası da qeyd etdi ki, oğlunun ölümünü siyasiləşdirilməsin. Gənclər mərhum əsgərimizin xatirəsini yad etmək üçün nələrsə etmək istəyirlər. Düşünürəm ki, bunu başqa şəkildə etmək lazımdır. Həmin insanları da qınayıram ki, ölüm üzərindən məqsədlərinə çatmaq istəyirlər. Əfsuslar olsun ki, bəzi hallarda manqurtlaşamada gedir. Hətta öz məqsədlərinə çatmaq üçün ən alçaq hərəkətlərə yol verirlər. Bunu başqa cür dəyərləndirmək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB