"Azərbaycanın buna tam hüququ var"

"Azərbaycanın buna tam hüququ var"

"Azərbaycan Ermənistanın Xocalı aeraportuna göndərəcəyi təyyarələri mütləq şəkildə vurmağa məcbur deyil. Azərbaycan həmin təyyarələri endirmək üçün öz təyyarələrini göndərə və endirməklə müsadirə edə bilər. Bunu SİA-ya açıqlamasında politoloq Rasim Musabəyov Xocalı aeraportunun ermənilər tərəfindən yenidən istismara verilməsi cəhdlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanının buna tam hüququ var: "Azərbaycan o uçuşu həyata keçirməyin çox riskli olması üçün müəyyən texniki maneələr yarada bilər. İstənilən halda bu, gərginliyi artıracaq. Yəni, Ermənistan Rusiyanın verdiyi müdafiə sistemlərindən istifadə edə bilər. Bu isə istər-istəməz toqquşmalara və geniş hərbi əməliyyatların başlamasına şərait yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə