"Son 20 ildə zəifləməyən yeganə donanma Rusiyanın Xəzər Dəniz Donanmasıdır". Bunu SİA-ya açıqlamasında politoloq Rasim Musabəyov son vaxtlar Rusiyanın cənub dairəsində hərbi qüvvələrini artırmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bir zamanlar Xəzərdə yalnız Rusiyanın donanması mövcud olub. İndi isə bütün Xəzər hövzəsi ölkələrin donanmaları mövcuddur: "Xəzərdə güc baxımından Rusiya hamıdan güclüdür, amma yeganə güc sahibi deyil. Sirr deyil ki, son zamanlar Rusiyanın daha çox gücləndirdiyi hərbi dairə məhz cənub hərbi dairəsidir. Çünki Rusiya üçün daha böyük baş ağrısı cənubda yerləşən Çeçenistan, İnquşetiya, Kabarda-Balkar, Dağıstandır. Burada olan vəziyyətə görə, Rusiya məcburdur ki, daxili amillərə görə öz qüvvələrini artırsın. Bu müəyyən mənada Azərbaycan və Gürcüstana təzyiq vasitəsidir. Ancaq Azərbaycan və Gürcüstan özlərinə görə müəyyən gücə malikdir. Eyni zamanda, Rusiyanın iddialarına qarşı sədd çəkməyə qadir qüvvələr var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB