Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı bəyanat yayıb

Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Hərbi Prokurorluq əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı bəyanat yayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülüb. Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunublar.

Cinayət işi üzrə istintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində tam, hərtərəfli istintaq aparılmaqla təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təmin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə