"Son zamanlar Rusiyanın Qafqaz regionunda fəallığı xeyli artıb. Xüsuslilə də Rusiyanın Cənubi Qafqazda mövqelərini möhkəmləndirmə istiqamətindəki hərəkətləri diqqəti cəlb edir". Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli Rusiyanın Cənubi Qafqazda və Xəzər akvatoriyasında mövqelərini möhkəmləndirdiyinə dair yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Vladimir Putin ikinci dəfə hakimiyyətə gəlməzdən öncə bildirilirdi ki, Rusiya MDB məkanında öz mövqelərini möhkəmləndirmə istiqamətində mühüm addımlara imza atacaq: "Artıq bu tendensiya müşahidə olunmaqdadır. Xüsusilə də Xəzər dənizinə 2013-cü ildə daha 5 suüstü gəmi və katerlərin göndərilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha onu təsdiqləyir ki, Rusiya təkcə Cənubi Qafqazda deyil, o cümlədən Xəzər akvatoriyasında mövqelərini möhkəmləndirmək istəyir. Baxmayaraq ki Xəzərin statusu ilə bağlı keçirilən sammitlərdə Xəzərin hərbisizləşdirilməsi ideyası gündəmdə olub. Ancaq Rusiyanın Xəzəri yenidən hərbiləşdirməsi onun uzağagedən niyyətlərindən xəbər verir. Eyni zamanda bu əzələ nümayişi kimi də qəbul oluna bilər. Təsadüfi deyil ki, bir müddət öncə 2012-ci ilin yekunları ilə bağlı dünyanın ən çox hərbiləşdirlimiş ölkələri ilə bağlı indeks dərc olunanda Rusiya dünyada ən çox hərbiləşdirilməyə meyilli olan dövlət kimi qeyd olunub. Qeyd edim ki, bu siyahıda birinci İsrail, ikinci Sinqapur, üçüncü Suriya, dördüncü yerdə isə Rusiya dayanır. Bu 149 ölkə arasında keçirilmiş sorğunun nəticəsidir. Bu, nəticə etibarilə Cənubi Qafqazd və Xəzər akvatoriyasında da Rusiyanın hərbi baxımdan mövqelərinin gücləndirilməsinin əlamətidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB