Gürcüstan artıq Əfqanıstandakı əgərlərinin heç bir əməliyyatda iştirak etməyəcəyini açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, Gürcüstanın müdafiə naziri İrakli Alasania Əfqanıstanda olan gürcü əsgərlərinin 2014-cü ildən sonra heç bir əməliyyatda iştirak etməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, Gürcüstan Əfqanıstan təhlükəsizlik qüvvələri ilə təcrübə mübadiləsində iştrak edəcək: "Bundan sonra gürcü əsgərləri Beynəlxalq Təhlükəsizlik və Əməkdaşlıq Birliyinin missiyasını tamamlamasının ardından yalnız təlim və tətbiqat proqramlarında iştriak edəcək".
Qeyd edək ki, Gürcüstanın Əfqanıstanda 2010-2012 illər ərzində 93 əsgəri həlak olub, 119-u isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB