Viktoriya Nuland: “ABŞ Rusiya ilə əməkdaşlığa hazırdır”

...Dağlıq Qarabağ münaqişəsi ətrafında
Viktoriya Nuland: “ABŞ Rusiya ilə əməkdaşlığa hazırdır”

ABŞ Rusiya ilə Dağlıq Qarabağ münaqişəsi kimi regional məsələlər üzrə daha fəal əməkdaşlıq etməyə hazırdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bəyan edib.

O, bildirib ki, Rusiya ilə fikir ayrılığı olmasına baxmayaraq, ABŞ Adminisytasiyası müxtəlif məsələlər üzrə ikitərəfli əməkdaşlığa hazırdır: "Biz Rusiya ilə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə daha fəal əməkdaşlıq etməyə çalışırıq - istər ikitərəfli münasibətlər üzrə, istər Dağlıq Qarabağ münaqişəsi kimi regional məsələlər üzrə, istərsə də daha qlobal, İran, Əfqanıstan, Suriya ilə bağlı məsələləri müzakirə edirik. Bununla belə biz fikir ayrılığı olduqda tam aydın və açıq şəkildə öz mövqeyimiz barədə bəyan etmək niyyətindəyik. Hal-hazırda Rusiya ilə fikir ayrılığı insan haqları, Rusiyada demokratiyanın keyfiyyəti, Suriyadakı vəziyyət və s. məsələlər üzrə yaşanır".

Bütün xəbərlər Facebook səhifəmizdə