İran Dağlıq Qarabağdan narkotranzit zona kimi istifadə edir

Mübariz Əhmədoğlu: "Ermənistandan İrana nüvə texnologiyasının daşınmasına dair gizli danışıqlar gedir"
İran Dağlıq Qarabağdan narkotranzit zona kimi istifadə edir

"Ermənistandan İrana nüvə texnologiyasının daşınmasına dair gizli danışıqlar gedir". SİA-nın verdiyi xəbərə görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu 2012-ci ilin dekabr ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin və onun ətrafında yerləşən 7 rayonun azad olunmasının marağında deyil: "Həmin ərazilər boş zona kimi Ermənistandan İrana rahat şəkildə nüvə texnologiyasının daşınmasına, o cümlədən bu ölkələr arasında qanunsuz olaraq silah və narkotika ticarətinə imkan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə